“ASAN Xidmət” mərkəzlərində işə düzəlmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs barəsində cinayət işi başlanıb

“ASAN Xidmət” mərkəzlərində işə düzəlmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs barəsində cinayət işi başlanıb
15:37 26 Dekabr 2014
1360 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:34 ]

Bakı. Hafiz Heydərov – APA. Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin “ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib saxta əmrlər hazırlayaraq təqdim etməklə  onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR