ABŞ Dövlət Departamenti Kubanın rəsmi nümayəndələrini Vaşinqtona səfər etməyə dəvət edib

08:22 24 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 07:46 ]

Bakı-APA. ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson Qavanada keçirilən ABŞ-Kuba danışıqları zamanı Kubanın rəsmi nümayəndələrini Vaşinqtona səfər etməyə dəvət edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə məmur   CNN telekanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, mümkün ola biləcək səfərin tarixi hələlik müəyyənləşdirilməyib.      

 

“Biz belə bir görüşün yaxın həftələrdə baş tuta biləcəyinə ümid edirik, biz bunu arzulayırıq. ABŞ administrasiyası belə bir görüşün tez bir zamanda keçirilməsinə ümid edir”, deyə o bildirib.    

 

Robert Ceykobson miqrasiya məsələləri üzrə danışıqların ilkin nəticələrinin müsbət olduğunu bildirib, lakin səfirliklərin fəaliyyətə nə vaxt başlamasına dair  açıqlama verməyib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR