Gəncədə bir gecədə iki bıçaqlanma hadisəsi baş verib

Gəncədə bir gecədə iki bıçaqlanma hadisəsi baş verib
08:43 24 Yanvar 2015
485 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Gəncədə səhər saat 5 radələrində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən tələbə yataqxanasının qarşısında baş verən hadisə nəticəsində Gəncə şəhər sakini 22 yaşlı Araz Dursunov bıçaqlanıb.

Yaralı hadisə yerinə çağrılan təcili yardım maşını ilə TTYX-ya gətirilib. Həkimlər dərhal onu əməliyyat ediblər.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu gecə şəhərin almüniumçular qəsəbəsi adlanan ərazidə, Metallurq idman kompleksinin yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2356671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR