ABŞ-dan gözlənilməz addım

ABŞ-dan gözlənilməz addım
08:44 24 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson Qavanada keçirilən ABŞ-Kuba danışıqları zamanı Kubanın rəsmi nümayəndələrini Vaşinqtona səfər etməyə dəvət edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə məmur  CNN telekanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, mümkün ola biləcək səfərin tarixi hələlik müəyyənləşdirilməyib.      

 

“Biz belə bir görüşün yaxın həftələrdə baş tuta biləcəyinə ümid edirik, biz bunu arzulayırıq. ABŞ administrasiyası belə bir görüşün tez bir zamanda keçirilməsinə ümid edir”, deyə o bildirib.    

 

Robert Ceykobson miqrasiya məsələləri üzrə danışıqların ilkin nəticələrinin müsbət olduğunu bildirib, lakin səfirliklərin fəaliyyətə nə vaxt başlamasına dair  açıqlama verməyib.

 

ABŞ dövlət katibinin köməkçisi qeyd edib ki, Kuba ilə münasibətlərin normallaşdırılmasının Vaşinqtonun Qavanaya hədiyyəsi kimi qələmə vermək cəhdləri doğru deyil. O bu prosesin  ABŞ-ın milli  maraqlarına uyğun həyata keçirildiyini vurğulayıb.  

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR