BMT-dən dəhşətli Donbas rəqəmləri

BMT-dən dəhşətli Donbas rəqəmləri
09:11 24 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin humanitar məsələlər üzrə idarəsi Ukraynada qaçqınların sayını elan edib.

ANS PRESS-in məlumatına görə, qurumun hesabatında ölkə daxili yer dəyişənlər və münaqişə zonasından gələn qaçqınların sayı qeyd edilib.

“21 yanvar tarixi üçün Ukraynanın sosial inkişaf nazirliyi ölkədaxili yaşayış yerini dəyişənlərin sayını 921.640 nəfər kimi verib”- deyə hesabatda qeyd edilir.

Bundan əlavə təqribən 600 min insan digər ölkələrdə məskunlaşan qaçqınlardır. Onlardan ən çoxu Rusiya Federasiyasına sığınıb.

“Ölkənin şərqində toqquşmaların yenidən baş verməsi infrastrukturun dağılması, humanitar yardıma ehtiyac olanların çoxalması, əlavə yerdəyişmələrə və mülki əhali arasında itkilərə gətirib çıxarıb”- deyə hesabatda bildirilir.

Qeyd edək ki, BMT-nin hesabatına görə Ukraynanın cənub şərqində münaqişə zamanı 5 086 nəfər həyatını itirib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR