Davosda Con Kerri və Məhəmməd Zərif arasında görüş olub

Davosda Con Kerri və Məhəmməd Zərif arasında görüş olub
09:17 24 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Davos İqtisadi Forum çərçivəsində ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri Məhəmməd Zərif arasında görüş olub.
APA-nın məlumatına görə, bu barədə “Röyters” ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən xəbər verir.
 
Məlumata görə, görüş bir saatadək davam edib. Danışıqlar mövzusunun İran nüvə proqramının olduğu bildirilir. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.
 
Qeyd edək ki, bundan əvvəl Məhəmməd Zərif forum çərçivəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər. Konqresin İrana qarşı yeni sanksiyalar tətbiq etmək ideyasını prezident Barak Obama və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer də pisləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR