4,6 milyonluq oğurluq edən 12 yaşlı qız axtarılır

4,6 milyonluq oğurluq edən 12 yaşlı qız axtarılır
09:21 24 Yanvar 2015
272 Sosial
Ölkə mətbuatı
A- A+

Honkonq polisi oğurluq etməkdə şübhəli bilinən cinayətkar qrupun axtarışına başlayıb.

ANS PRESS-in məlumatına görə, Agence France-Presse xəbər verir ki, qruplaşma dəbdəbəli zərgərlik mağazasından brilyant boyunbağı oğurlamaqda şübhəli bilinir.

Güman edilir ki, oğurluğu 12-14 yaşlı qız edib. Təşkilatçılar isə yaşca daha böyük bir kişi və bir qadındır.

Kişi ilə qadın mağazaya girərək alıcı kimi vitrinlərə baxır, satıcının başını qatır. Onlardan sonra mağazaya daxil olan uşaq isə boyunbağını oğurlayır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR