İran razılaşmanı poza bilər

09:22 24 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

M.Cavad Zərifi Davosda Dünya İqtisadi Forumunda kəskin çıxış edib
"Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyalar qəbul edəcəyi təqdirdə 6-lıq ölkələri ilə İran arasında nüvə danışıqlarına dair razılaşma olmayacaq".

Anspress-in məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda bu barədə açıqlama verib. Nazir qeyd edib ki, tərəflər yekun razılaşmaya yaxın ikən Amerika bu imkandan istifadə etməlidir.

Məhəmməd Cavad Zərif: “ABŞ Konqresinin sanksiyalara dair hər hansı bir yeni qanun layihəsi ötən il Cenevrədə əldə etdiyimiz razılaşmanı pozacaq. Belə olacağı təqdirdə, İran uranın zənginləşdirilməsini daha da artıra bilər. Bu İran parlamentinin verəcəyi qərardan asılıdır. Bu, böyük ehtimaldır. Lakin mən bunların baş verməsini istəməzdim. Çünki inanıram ki, 6-lıq ölkələri ilə razılıq əldə etməyə çox yaxınıq və bu imkanı qaçırmamalıyıq”

Cavad Zərif forumda İrana qarşı indiyə qədər tətbiq olunan sanksiyaların təsirinə dair suallara cavab verib. Nazir qeyd edib ki, İran, əslində, sanksiyaların təsiri nəticəsində deyil, sadəcə, Qərblə münasibətlərin təbiətini və dinamikasını dəyişmək üçün belə bir addım atıb.

Amerika Birləşmiş Ştatları Konqresi İranla iyul ayına qədər yekun razılıq əldə olunmazsa, bu ölkəyə qarşı yeni sanksiyalar nəzərdə tutur. Prezident Barak Obama isə bu plana qarşı çıxıb. Obama Konqresi yeni sanskiyalara təhrik edən İsrailin baş naziri Benyamin Netanyahudan təhriklərinə son qoymağı istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR