"KamAZ" "Mercedes"i əzdi, sonra evə girdi - FOTO

"KamAZ" "Mercedes"i əzdi, sonra evə girdi - FOTO
09:27 24 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda yol qəzası baş verib
APA TV-nin məlumatına görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Qəza zamanı Rusiya vətəndaşı İsaməhəmməd Hacıömərovun idarə etdiyi "KamAZ" markalı qoşqulu yük maşını ilə Elşən Muxtarovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Toqquşmadan sonra "KamAZ" yolun solundakı evlərdən birinin darvazasına çırpılıb.
 
Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Yol qəzasının dəqiq baş verməsi səbəblərinə aparılan polis araşdırmaları aydınlıq gətirəcək. Artıq sürücülərin ifadəsi də alınıb.

Milli.Az

Böyütmək üçün şəkillərə kilkləyin.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR