Ukraynada irimiqyaslı hücum hazırlığı

Ukraynada irimiqyaslı hücum hazırlığı
09:37 24 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri Aleksandr Turçinov bu barədə açıqlama verib
Ukraynanın şərq vilayətində hökumətə qarşı çıxan ruspərəst üsyançılar növbəti irimiqyaslı hücumlara hazırlaşırlar.

Anspress-in məlumatına görə, bu barədə açıqlamanı Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri Aleksandr Turçinov verib. Şurasının növbəti fövqəladə iclasında çıxışı zamanı Turçinov qeyd edib ki, Rusiya bu hücumları ilə Ukraynanın müstəqilliyinə son qoymaq və ukraynalıların milli kimliyini alçatmaq istəyir.

“Rusiya terrorçuları daha əvvəl əldə olunan bütün atəşkəs razılaşmalarını pozub və bu gün yeni hücum əməliyyatları aparır. Söhbət Rusiyanın fəal hərbi qüvvələrinin müdaxiləsindən gedir”.

Donbas regionunda anti-terror əməliyyatlarına rəhbərlik edən Andrey Lisenko da vəziyyətin gərgin olması barədə xəbərdarlıq edib. Lisenkonun sözlərinə görə, Rusiya hökuməti Donbasda öz qoşunlarının sayını 9 minə çatdırıb. Lisenko döyüşlərdə “Qrad” tipli silahlarla yanaşı, təkcə Rusiya ordusuna məxsus olan “Smerç” tipli silahlardan da istifadə edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu fakt Rusiyanın Ukrayna sərhədlərinə müdaxilə etdiyini bir daha təsdiqləyir.

Birləşmiş Millətlər Təşkilatı Ukraynada münaqişələr zamanı ölənlərin sayınının 5 000-i keçdiyini açıqlayıb. İnsan haqları müşahidəçilərinin sözlərinə görə, təkcə yanvar ayının 13-dən 21-nə kimi 262 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR