Bakıda gecə şoku: 17 nəfərdən biri öldü

Bakıda gecə şoku: 17 nəfərdən biri öldü
15:41 26 Dekabr 2014
78 Digər
Ölkə mətbuatı
A- A+

Havaların soyuması ilə əlaqədar dəm qazı xofu yenidən artmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, ötən gün ərzində Bakıda dəm qazından 17 nəfər zəhərlənib.

Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Dəm qazından zəhərlənənlərin əksəriyyəti azyaşlıdır. Zəhərlənənlərin 16 nəfərin vəziyyəti daha ağır olduğu üçün onlar xəstəxanalara yerləşdirilib. Dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən Pirşağı qəsəbəs sakini Cavid Mürsəlov orada ölüb.

Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artır. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Nazirlik dəm qazı təhlükəsilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dəm qazı təhlükəsilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var.

Nazirlik əhalinin təhlükəsizliyi üçün bir daha xatırlatma edib:

Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.

Odur ki, mənzildə istifadə etdiyimiz qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır;

- qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır;

- qaz cihazından istifadə etdiyimiz qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır;

- mütləq hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır! Hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz!

- tüstü bacalarını, ən azı, ildə iki dəfə təmizlətməliyik! Bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Amma bundan zəhərlənmənin əlamətlərini hiss edə bilərik: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxardırıq, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edirik, təcili tibbi yardım çağırmaq lazımdır.

Təhlükə zamanı 112-yə zəng etmək lazımdır!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR