Bakı-Şamaxı yolunda yük avtomobili aşıb, ölən var

09:58 24 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı-Şamaxı yolunda “FORD” markalı yük avtomobili aşıb, sürücü dünyasını dəyişib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verır ki, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində- Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2356674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR