Azərbaycanda: xəsarət alan var

Azərbaycanda: xəsarət alan var
10:16 24 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.

Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.

Mənbə
ANS PRESS: Xatirə Əkbərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR