"Qəbələ" portuqaliyalı futbolçudan imtina etdi - RƏSMİ

10:17 24 Yanvar 2015
99 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” yarımmüdafiəçi Yazalde Pinto ilə yollarını ayırıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2014/15 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçunun komandadakı yarımillik karyerası başa çatıb. 


2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında "Qəbələ"nin heyətində 14 oyun keçirib. Ötən ilin avqustun 10-da keçirilən Topaz Premyer Liqasının I turunun “İnter”lə oyununda (0:4) debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib. Pireneyli futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Yazaldenin “Qəbələ”də son matçı kimi tarixə düşüb.


“Qəbələ” İdman Klubu Yazalde Pintoya “qırmızı-qara” forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR