"Futbolçulara tapşırmışdım ki, risk etməsinlər"

"Futbolçulara tapşırmışdım ki, risk etməsinlər"
10:22 24 Yanvar 2015
105 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin baş məşqçisi Arif Əsədov "Petrolul"a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra fikirlərini bildirib.
 
Milli.Az xəbər verir ki, o, qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında bəzi gənc oyunçuların bugünkü qarşılaşmada özünü yaxşı tərəfdən göstərdiyini deyib.
 
"Bu oyunla çempionatda oynayacaq optimal heyəti müəyyənləşdirməyi istəyirdik. Bəzi gənc futbolçular "Petrolul"a qarşı görüşdə nümayiş etdirdikləri oyunla adlarını əsas heyətə yazdırdılar. Ümumilikdə, hazırlıq prosesimiz yaxşı keçdi".
 
A.Əsədovun sözlərinə görə, "Petrolul"un baş məşqçisi Mirça Redniklə dueli hər zaman maraqla qarşılanıb:
 
"Bu oyuna mediada geniş yer verilmişdi. M.Rednik "Xəzər Lənkəran"da işləyən vaxt çox matçda heç-heçə etmişdik. Səhv etmirəmsə, ilk dəfə bu duelden qalib ayrıldım".
 
Təcrübəli mütəxəssis "Petrolul"un güclü komanda olduğunu bildirib: "Petrolul"un yaxşı legioner oyunçuları var. Futbolçularıma tapşırmışdım ki, bu matçda risk etməsinlər".
 
A.Əsədov millimizin baş məşqçisi Robert Proseniçkinin fevralda keçiriləcək təlim-məşq toplanışına "Neftçi"nin futbolçularını çağırmayacağı ilə bağlı söylədiyi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, komandası Azərbaycan Premyer Liqasının üçüncü turundan təxirə salınmış AZAL-a qarşı oyunları olduğu üçün futbolçuları milliyə çağırılmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR