Azərbaycanda bələdiyyə binası yanır

Azərbaycanda bələdiyyə binası yanır
10:39 24 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib

Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, yanğın səhər saatlarında başlayıb. İlkin ehtimala görə, hadisə binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır. 

Yanğın nəzarət altına alınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR