"Simurq" Antalyada son məşqinə çıxdı

"Simurq" Antalyada son məşqinə çıxdı
10:42 24 Yanvar 2015
182 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" dünən məskunlaşıdığı "Sirena Belek" otelinin meydançasında son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, iki saata yaxın davam edən hazırlığa əvvəlcə qısa məsafəli qaçışla başlanılıb. İsinmə hərəkətlərindən sonra futbolçular iki qrupa bölünüb. 


Qısa ötürmələrdən ibarət tapşırıqlar yerinə yetirildikdən sonra taktiki və texniki təmrinlərə keçilib. Sonda qapıya zərbələrlə bu günlük məşqdə tamamlanıb. 


Bu gün komanda Antalya hazırlığı çərçivəsində son yoxlama görüşünə çıxacaq. "Simurq"un rəqibi Ukraynanın "Volın" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17.30-da start götürəcək. 


Bundan sonra Zaqatala təmsilçisi təlim-məşq toplanışını başa vuraraq, gecə saatlarnda yola çıxacaq. İki günlük istirahətdən sonra doğma arenada XIX turun hazırlıqlarına başlayacaq. 


Fanatşaz


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquot-antalyada-son-mqin-cxd-t17742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR