Nazirin qızını dəli sayır, qovmaq istəyirlər - FOTO

Nazirin qızını dəli sayır, qovmaq istəyirlər - FOTO
10:42 24 Yanvar 2015
373 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın tanınmış aktrisa və qlamur ulduzlarından biri Aleksandra Aytken indi tam fərqli həyat yaşayır.
Conatan Lolişiya Aytkenlər təki Londonun zadəgan həyatının populyar simalarının qızı olan 36 yaşlı Aleksandra indi Hindistanda yaşayır. O, 2010-cu ildə siqh Anderjot Sinqhə ərə gedəndən sonra adını da dəyşərək Uttranq Kaur Xalsa olub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Aleksandra dünən əri ilə siqhlərin milli bayramı olan "Anandpur Sahib Devi"yə qatılmışdı.
Fəqət siqhlər bu qadının davranışlarına çox qəzəbləniblər.
 
"Britaniyalı qadın siqhə ərə getsə də, xasiyyətini və tərbiyəsini dəyişməyib. O, olduğu kimi qalıb", - Pəncabdakı siqhlər deyirlər.
Pəncabdakı Anandpur Sahib şəhərində özünü siqh qadınlara bənzətməyə çalışsa da, Aleksandranın küçələrdə, xüsusilə də siqh məbədlərində ayaqyalın dolaşması, yerli adət-ənənələri bilməməsi və onlara əməl etməməsi siqhləri qəzəbləndirib.
 
Anandpur Sahib şəhərindəki "Şahedi Bağ Siqh" məbədinin baş kahini Baba Gurdev Singh Ji deyir: "Bu qadın 4 ildən bəri siqh kişidə ərdə olsa da, nə adətlərimizi, nə ənənələrimizi, nə də dinimizi bilir. Burada, məbəddə olarkən alt paltarlarını yığdığı çantanı müqəddəs kitablarımızın yanına qoyur. Ağzına gələni danışır, istədiyi kimi davranır. Üstəlik, məbəddəki müqəddəs hovuzlardan birinə soyunub girib və çimib. Bu qadını vurub öldürə bilərlər. Ona görə də xahiş edirəm: yerli sakinlərin dəli saydıqları, hiddətləndikləri qadını aparın! O, siqh deyil və siqh ola da bilmədi".
 
Britaniya hökumətinin sabiq mənsubu, keçmiş nazir Conatan Aytkenin qızını Pəncabda dəli, ağlını itirmiş adam sayırlar.
 
Dünən yayılan xəbərlərdə o da bildirilir ki, Pəncabın ən məşhur siqh ailələrindən birinin mənsubu olan Anderjot Siqh iki aydan bəri Aleksandra ilə birlikdə yaşamır. Onların boşandıqları vurğulanır.
 
Underjot və Aleksandranın Amritsardakı toylarında 450 qonaq iştirak etsə, onların rəsmi nikahda olmadıqları deyilir.
 
72 yaşlı Conatan Aytken qızının boşanması barədə xəbərləri təkzib edib: "Qızımla Anderjot barədə deyilənlər yalandır".
 
Milli.Az 

Böyütmək üçün şəkillərə kilkləyin.







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR