Bərdədə məcburi köçkün qətlə yetirilib

Bərdədə məcburi köçkün qətlə yetirilib
10:49 24 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda qətl törədilib. Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xəsili kəndində qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkün İnqilab Hüseynov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Baş vermiş hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR