İki tanınmış dost məhkəməlik oldu

İki tanınmış dost məhkəməlik oldu
10:56 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vaxtilə ən yaxın dost kimi tanınan müğənni Alişanla Demet Akalın bu dəfə məhkəməlik olublar.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D.Akalının qardaşı Əmir Çağ Adanurun “Tweetter” hesabından “Səni də, o homoseksual qohumlarını da mən cəzalandıracam. 2013-cü ilin ən yaxşı toy sənətçisi mükafatını ...” yazması tərəflər arasında münaqişəyə gətirib çıxarıb.

Bu hadisədən sonra Alişan vəkili vasitəsilə prokurorluğa müraciət edib. Məsələni araşdıran prokuror Əmir Çağ Adanur haqqında “şəxsi hüquqlara hücum” iddiası ilə məhkəmə prosesinin açılmasına qərar verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR