Rəfiqəsindən intiqamı çox ağır oldu (VİDEO)

Rəfiqəsindən intiqamı çox ağır oldu (VİDEO)
11:01 24 Yanvar 2015
317 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərədə qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, 19 yaşındakı Li Trevena tanış olduğu bir kişilə evində intim münasibətdə olub. Gənc qızın 18 yaşındakı rəfiqəsi Danika Frans isə həmin vaxt yataq otağına girib və cütlüyün sevişmələrini gülərək videoya çəkib.

Ancaq bir müddət sonra rəfiqələr arasında mübahisə baş verib. Frans rəfiqəsindən intiqam almaq üçün çəkdiyi həmin videonu sosial şəbəkəyə yükləyib.

İki rəfiqə bu hadisədən sonra məhkəməlik olub. Trevena bu hadisədən sonra psixoloji problemlər yaşadığını və intihar mərhələsinə gəldiyini söyləyib.

Məhkəmə tərəfindən günahkar olan gənc qıza məhkəmə xərcləri daxil olmaqla 210 funt sterlinq (təxminən 300 dollar) cərimələyib. Bununla yanaşı, gənc qıza axşam 7-dən səhər saat 7-yə qədər küçəyə çıxmaq qadağan edilib.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR