Elektrik taksiler dovru baslanir - FOTO

Elektrik taksiler dovru baslanir - FOTO
11:12 24 Yanvar 2015
462 Maraqlı
Ölkə mətbuatı
A- A+

Londonun simvollarindan sayilan ve "keb" adlanan taksilerin yeni modelleri istismara hazirlanib.
Dunen dunyada elektrik muherriki ile techiz olunmus ilk "qara keb"ler London kucelerine cixarilib.
 
Milli.Az Daily Mail-e istinaden qeyd edir ki, 10 ilden beri hazirlanan ve layihesi ugurla basa catdirilan taksiler "Range-Extended Electric Metrocab" sirketinin istehsalidir.
 
Taksiler guclu, praktiki olaraq sessiz elektrik muherriki ile techiz olunsa da, hibrid sistemle calisir. Yeni "Metrocab"larda benzin muherriki de var.
2014-cu ilin aprelinde London meri Boris Conson "Metrocabs" adlaran bu taksilerin test-drayvinda istirak etmisdi.
 
"Metrocab"lar indiki taksilerle muqayisede, muherrikin tam enerji seviyyesine catdirilmasindan sonra 3 defe artiq mesafe qet edir. Yeni taksilerin etraf muhite vurdugu zerer 75 faiz azdir ve onlar yanacaq doldurulandan sonra 560 km mesafe qet etmek gucundedir.
"Metrocab"larin istismar xercleri cox asagi oldugundan, London meriyasi her taksi vasitesile sutkada 20-40 funt-sterlinq mebleginde vesaite qenaet edecek.
 
10 ile erseye getirilen, texniki sinaqlar zamani 1 milyon kilometrden artiq yol qet eden "Metrocab"larda 6 sernisin yeri var. Ustelik, surucunun yaninda daha bir sernisin oturacagi da movcuddur.
 
"Metrocab"larin ilkin satis qiymeti 33 min funt-sterlinqdir.
 
Kicik benzin muherriki ve akkumulyatorun enerji ile doldurulmasi ucun "Range Extender" adli generatorla techiz edilmis taksi istenilen elektroenerji menbeyinden qidalana biler.
 
Milli.Az
 
Boyutmek ucun sekillere kilkleyin.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR