Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin ümumi yığıncağı

11:13 24 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc
Yanvarın 24-də Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaqda Ali Məhkəmənin, inzibati-iqtisadi, hərbi və apelyasiya məhkəmələrinin assosiasiyanın üzvü olan hakimləri iştirak ediblər.
Assosiasiyanın sədri, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək hesabat dövründə – ötən üç il ərzində qurumun fəaliyyəti barədə məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışıb, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulayıb. Bildirilib ki, Azərbaycanda İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının üzvlərinin sayı ötən illə müqayisədə xeyli artıb.
Tədbirdə məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.
Yığıncaqda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqlarının yaradılması məsələsinə baxılıb, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər və əlavələr edilib, assosiasiyanın idarə heyətinin yeni tərkibi seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR