Türkiyədə QİÇS-li azərbaycanlı tutuldu

Türkiyədə QİÇS-li azərbaycanlı tutuldu
11:16 24 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə fahişəliklə məşğul olan qadınlar saxlanılıb. ANS PRESS-in məlumatına görə, Vanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 15 nəfər, onları bu işə məcbur edən 14 nəfər saxlanılıb.

Van polisi əməliyyata iki ay öncədən başlayıb. 7 ünvana eyni zamanda edilən basqın zamanı saxlanılan 15 nəfərdən 8-i Rusiya, biri Gürcüstan, biri isə Azərbaycan vətəndaşları olublar.

Qadınları istismar edənlər arasında da azərbaycanlı olub.

Səhiyyə ocağına aparılan qadınlar yoxlamadan keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı qadının QİÇS virusu daşıdığı ortaya çıxıb. Onun daha öncə Türkiyədən deportasiya edildiyi, lakin qanunsuz yollarla yenidən ölkəyə giriş etdiyi bəlli olub.

Saxlanılanlar ölkədən deportasiya ediləcək.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR