Bakıda iki piyadanı maşın vuraraq öldürüb

11:17 24 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 11:11 ]

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Bakı-Mərdəkan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İsmayıl Əliyev idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən piyada, 1995-ci il təvəllüdlü Fərid Hətəmlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. 

 

Piyadanın ölümü ilə nəticələnən digər yol qəzası Zığ yolunda baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fuad Əbdürrəhmanov idarə etdiyi “Mercedes” markalı maşınla 1956-cı il təvəllüdlü Vəli Murtuzovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Hər iki faktla bağlı müvafiq olaraq Xəzər və Xətai Rayon Polis İdarələri tərəfindən araşdırma aparılır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR