“Microsoft Office 2016” 2015-ci ilin ikinci rübündə işıq üzü görəcək

“Microsoft Office 2016”  2015-ci ilin ikinci rübündə işıq üzü görəcək
11:21 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Microsoft” korporasiyası "Microsoft Office 2016” əlavələr paketinin buraxılma müddətini açıqlayıb.
 
“Microsoft” nümayəndəsi Culiya Uayt bildirib ki, “Microsoft Office 2016” əlavəsindən  2015-ci ilin ikinci rübündə istifadə mümkün olacaq.
 
“Biz “Office 2016” haqqında yeni məlumatları yaxın aylarda açıqlayacağıq, lakin paket əvvəlki "Office” görünüşünü qoruyub saxlayacaq ki, bu da klaviatura və “maus”la işləyən fərdi kompüterlər üçün çox rahatdır”, - korporasiya nümayəndəsi qeyd edərək əlavə məlumat verməyib. 
 
Yeni “Office” əlavələri “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymdən kiçik smartfon və planşetlərdə pulsuz olaraq əvvəlcədən quraşdırılacaq.
 
2015-ci ilin birinci rübündə ABŞ istehsalçısı “Office”in “Windows 10” üçün sınaq versiyasını buraxmağı planlaşdırır, - "DailyComm” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34933-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR