Sabiq sovet respublikaları: ömür qısalır, bərabərsizlik artır

Sabiq sovet respublikaları: ömür qısalır, bərabərsizlik artır
11:21 24 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

BMT İnkişaf Proqramı regional mərkəzinin İstanbulda açıqlanmış yeni tədqiqatının nəticələri göstərib ki, Avropa və Mərkəzi Asiya regionu boyunca maliyyə və gender bərabərisizliyi artır, ömür uzunluğu gözləntiləri isə azalır.

ANS PRESS-in BBC Azərbaycana istinadən verdiyi məlumata görə, tədqiqat hesabatında deyilir ki, yoxsulluq və bərabərsizlik hətta orta səviyyəli gəlirlərə malik ölkələrdə də yer alır.

“Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində bərabərsizlik və kövrəklik” adlanan tədqiqatda Dünya Bankının yoxsulluq məsələlərinə dair məlumat bankı POVCALNET-in rəqəmlərindən istifadə olunub.
Tədqiqat materiallarında deyilir ki, tarixən və post-sosialist dövründə bu ölkələrdə nisbi bərabərlik, sosial xidmətlərlə təminat və kiçik cinsi bərabərsizlik mövcud olub, lakin indi by üstünlüklər sürətlə itirilməkdədir.
Qeyd olunur ki, sözü gedənölkələrdə yoxsulluq və gəlirlərin bərabərsizliyi geniş yayılmağa başlayıb.

Ömür uzunluğu gözləntiləri
Bunlarla yanaşı sözü gedən ölkələrdə kişi və qadınların ömür uzunluğu göstəriciləri də pisləşib. Tədqiqat bunu da göstərib ki, keçmiş sovet respublikaları arasında gəlirlərin azlığı ucbatından yoxsulluq xüsusilə geniş yayılıb. Məsələn, 2010-cu ilin rəqəmlərinə əsasən Gürcüstanda əhalinin üçdə birindən çoxu günə 2,15 dollardan da az pula yaşayır. Son 10 ildə gəlirlərə görə yoxsulluq Gürcüstan və Ermənistandan fəqli olaraq Azərbaycanda azalmaqda davam edib.

Tacikistanda, Qırğızıstan və Ermənistanda əhalinin üçdə biri və ya dörddə biri, bütövlükdə 6, 7 milyon nəfər dərin yoxsulluq içində ömür sürür. Bu da bəlli olub ki, Azərbaycanda məktəb yaşına qədər uşaqların yalnız üçdə biri bağçalarla təmin olunub. Keçmiş sovet məkanında maaşlar ümumiyyətlə orta Avropa səviyyəsindən çox aşağı olaraq qalır. Bu müddətdə kişi və qadınların ömür uzunluğunun göstəriciləri də pisləşib.
1960-cı illərdə MDB ölkələrində qadlnlar kişilərdən orta hesabla 14 il çox yaşayırdılar. Lakin indi bu rəqəm iki il azalıb, hesabatda deyilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR