Bakıda parkda tapılan meyitin şəxsiyyəti müəyyənləşib

11:27 24 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 11:25 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda parkda tapılan kişi meyitinin şəxsiyyəti müəyyənləşib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Səbail rayonunun S. Allahverdiyev küçəsində yerləşən parkda meyiti tapılan şəxsin 1967-ci il təvəllüdlü İlham Mirzəbəyov olması müəyyən edilib.

 

Qeyd edək ki, yanvarın 19-da Səbail rayonunun S. Allahverdiyev küçəsində yerləşən parkda üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı kişi meyiti tapılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR