Pirallahı rayonunda Heydər Əliyev Fondu tərəfindən iki yeni uşaq bağçası inşa edilir

Pirallahı rayonunda Heydər Əliyev Fondu tərəfindən iki yeni uşaq bağçası inşa edilir
10:38 22 İyul 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 iyul, Ramiz Quliyev, AZƏRTAC
Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Pirallahı qəsəbəsinin S.Bağırov və S.Vurğun küçələrində müvafiq olaraq 140 və 100 yerlik iki yeni uşaq bağçası inşa edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadratmetr, tikinti sahəsi 1375 kvadratmetr, hündürlüyü isə 9,5 metr təşkil edir. Bağçanın tikintisi demək olar ki, başa çatmaq üzrədir və hazırda son tamamlama işləri aparılır.
Qeyd olunub ki, 100 yerlik uşaq bağçası üçün torpaq sahəsi ayrılıb, tikintinin layihəsi təsdiq olunub. Hazırda binanın təməli qoyulub, birinci mərtəbənin inşasına hazırlıq işləri görülür. Hər iki uşaq bağçası iki mərtəbədən ibarət olacaq.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcək. Eyni zamanda “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri və Gürgən qəsəbəsindəki “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulub.
 
 
 
 
 
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pirallahi_rayonunda_Heyder_Aliyev_Fondu_terefinden_iki_yeni_usaq_bagchasi_insa_edilir-872392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR