Ötən il ərzində İSN-ə daxil olan elektron müraciətlərin sayı açıqlanıb

Ötən il ərzində İSN-ə daxil olan elektron müraciətlərin sayı açıqlanıb
11:31 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) 2014-cü ildə 14 mindən çox elektron müraciət daxil olub.
 
 
İSN-dən verilən məlumata görə, ötən il nazirliyə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün 14 minə yaxın, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün 105, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün 6 müraciət daxil olub.
 
 
Müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib.
 
 
Qeyd edək ki, hazırda İqtisadiyyat və Sənaye Nazirliyi 7-si interaktiv, 21-i informativ olmaqla vətəndaşlara 28 elektron xidmət göstərir.
 
 
CAHANGİR
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34936-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR