Beyləqanda keçirilən intellektual yarışda 8 komanda mübarizə aparıb

Beyləqanda keçirilən intellektual yarışda 8 komanda mübarizə aparıb
11:38 24 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 24 yanvar, AzərTAc
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda gənclərin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkili” layihəsi çərçivəsində Beyləqan şəhərində intellektual yarış keçirilib.
İctimai Birlikdən AzərTAc-a bildiriblər ki, layihənin əsas məqsədi region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə onların qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyəsinin qeyri-formal yolla inkişafın; dəstəkləmək, həmçinin intellektual şəbəkələşmə prosesinə təkan verməklə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Yarışda 8 komanda bilik və bacarığını, intellektual qabiliyyətini nümayiş etdirib.
Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışmada “Mil” və “4-1” komandaları qalib gələrək, Beyləqan rayonunda keçiriləcək Aran kuboku yarışlarına vəsiqə qazanıb.
Layihə çərçivəsində regionun digər rayonlarında da seçim turları keçiriləcək, qalib komandalar final mərhələsində iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyleqanda_kechirilen_intellektual_yarisda_8_komanda_mubarize_aparib-827215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR