Bu da "xəstə" Leyla Yunusun "pəhriz" yeməyi - FOTO

Bu da "xəstə" Leyla Yunusun "pəhriz" yeməyi - FOTO
11:42 24 Yanvar 2015
604 Sosial
Ölkə mətbuatı
A- A+

“Leyla Yunus arıqlamaqda davam edir. Çox zəifləyib. Bu da şəkərli diabetin nəticəsidir. Dərman qəbul etməyinə baxmayaraq böyrəklərindəki problemlər və hepatit C-nin fəsadları da ona əziyyət verir. İndi onun çəkisi cəmi 48 kilodur. Həbsdən qabaq isə 62 kilo idi.

Deyə bilərlər ki, türmə kurort deyil. Bəli, elədir, amma türmə ölüm düşərgəsi də deyil. Leyla Yunus heç bir müalicə almır. Almaniya səfirliyindən göndərilən dərmanları ona, sadəcə olaraq, vermirlər. Yerli həkimlərin müayinəsinə gəlincə isə Leyla Yunus onlara inanmır”.

Belə bir açıqlama ilə Leyla Yunusun vəkili Əlaif Həsənov çıxış etmişdi. Onun bu sözləri isə sual yaratmışdı: L.Yunusun səhhəti doğrudanmı bu qədər ağırdır? Axı Almaniyanın dünyaca məşhur “Şarite” klinikasının aparıcı həkimləri cəmi bir neçə həftə əvvəl L.Yunusu müayinə etmiş və “Leyla Yunus tamamailə sağlamdır” deyə bəyanat vermişdilər...

Ə.Həsənovla müvəkkili isə ürək ağrısı ilə tamam başqa şeylər danışırlar. Yaxşı, tutaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin həkimləri yalan danışır və saxta epikrizlər tərtib edir. Bəs almanlar? Onlar da yalan danışır? L.Yunus və vəkili hüquq müdafiəçisinin tam sağlam olduğunu deyən alman həkim Kristian Vittin sözlərini niyə belə tez unudub?

Maraqlıdır k, L.Yunusun səhhəti ilə bağlı manipulyasiyalar bitməmiş onun indi də aclıq çəkməsi, arıqlaması söhbətini ortaya atıblar. L.Yunus və vəkili bu dəfə də yalan danışmır ki?

Virtualaz.org saytı bu suala cavab tapmaq üçün Penitensiar Xidmətin mətbuat xidmətinə müraciət edərək L.Yunusun aclıq çəkməsi barədə deyilənlərə aydınlıq gətirilməsini xahiş edib. Ədliyyə Nazirliyinin əməkdaşları isə suala sözlə yox, fotofaktla cavab verdilər.

Həmin fotoşəkildə Leyla Yunusun hər həftə aldığı sovqat bağlamasının içindəki ərzaq əks olunur. “Aclıq çəkən xəstə məhbus”un gündəlik qida rasionu çox maraqlıdır.

Fotoşəklə əsasən, yalnız bunu söyləmək olar: şəkərli diabet xəstəliyinin bütün tarixi boyunca, bəlkə də, ilk belə haldır ki, bu xəstəlikdən əziyyət çəkən şəxs Bakı paxlavası, lavaş, cürbəcür kalorili şirniyyatlar yeyir. Bağlamada bu şirniyyatlardan başqa, üstəlik hələ mürəbbələr, yoğurt, banan, meyvə şirələri də var. Bunları nuşcanlıqla yeyən, üstündən də oturub nərd atan adam da heç arıqlayarmı?

Təbabətdən səthi anlayışı olanlar da bilir ki, diabet xəstəsi belə qidalardan mütləq uzaq durmalıdır, yoxsa fəsadı ağır olar, hətta ölüm təhlükəsi yaradar. Əgər Leyla Yunus, doğrudan da, diabet xəstəsidirsə, onda bu cür qorxulu ərzaqlar onun nəyinə lazımdır, onları niyə qəbul edir? Özü də hər həftə! Necə deyərlər, bu, nə pəhriz, o, nə cücə-plov?!

Çox maraqlıdır, bütün bunlardan sonra L.Yunus və vəkili yenə də yalan danışmaqda davam edəcəklərmi?

Milli.Az


Böyütmək üçün şəkilə kilkləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR