Azərbaycan Dövlət Aqrar Universitetinin xarici əlaqələri genişlənir

Azərbaycan Dövlət Aqrar Universitetinin xarici əlaqələri genişlənir
11:43 24 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 24 yanvar, AzərTAc
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə əlaqələri gündən-günə genişləndirir.
AzərTAc xəbər verir ki, növbəti əməkdaşlıq Böyük Britaniyanın Aberstvis Universiteti ilə qurulub. ADAU-da keçirilən görüşdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycanın bu qədim və aqrar sahə üçün ali təhsilli kadrlar hazırlayan yeganə universiteti, onun potensial imkanları barədə ətraflı məlumat verib.
Görüşdə Böyük Britaniyanın Aberstvis Universitetinin elmi işlər üzrə prorektoru Kris Tomas Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə elmi tədqiqatların aparılmasına, eləcə də və kadr mübadiləsinə maraq göstərdiklərini bildirib.
Qarşılıqlı fikir mübadiləsindən sonra hər iki universitet arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Görüşdən sonra britaniyalı qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları ilə yaxından tanış olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR