Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lökbatan qəsəbəsində yeni körpələr evinin tikintisinə başlanılıb

11:43 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbə ərazisində D.Bəkirov və V.Əsədov adına uşaq bağçalarında isə əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilib.
Bundan əlavə, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qəsəbədəki 7 nömrəli Bakı Peşə Məktəbi üçün yeni binaların inşası da tamamlanaraq açılışa tam hazırdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR