Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göygöl şəhərində vətəndaşları qəbul edəcək

11:53 24 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc 
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər. 
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 26-da Göygöl şəhərində vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbul saat 11:45-də Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçiriləcək.
Qəbulda Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Qazax, Gədəbəy, Ağstafa, Tovuz, Samux, Daşkəsən, Şəmkir, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR