Qar yağacaq, külək əsəcək

Qar yağacaq, külək əsəcək
12:46 24 Yanvar 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Sabahın hava proqnozu açıqlanıb.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinı istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR