Gənclər təşkilatının üzvü yol qəzasında öldü

Gənclər təşkilatının üzvü yol qəzasında öldü
12:54 24 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, qəza Bakı-Mərdəkan yolunda qeydə alınıb. 1983-cü il təvəllüdlü İsmayıl Əliyev idarə etdiyi “Mercedes” markalı maşınla yolu keçən piyada, 1995-ci il təvəllüdlü Fərid Hətəmlini vurub. F. Hətəmli  hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Fərid Şeyx (Hətəmli)  Millətçi Gənclər Təşkilatının (MGT) üzvü olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi idi. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR