Yağış və qar yağacaq

Yağış və qar yağacaq
12:54 24 Yanvar 2015
127 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR