“65 min borcu var, hələ vermir” – müğənnilər arasında sorğu

“65 min borcu var, hələ vermir” – müğənnilər arasında sorğu
12:56 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Star life” verilişi müğənnilər arasında borcları ilə bağlı sorğu aparıb.

Axşam.az-ın məlumatına görə, sənətçilər “Yaxşılıq, pul, yoxsa pislik borcunu qaytarırsınız?” sualına belə cavab veriblər:

Əməkdar artist Elza Seyidcahan – Evdar qadın olanda uşaqpulu alırdım. Həyat yoldaşım əl vurmurdu, mən də yığırdım. Qohumlardan kiminsə ehtiyacı olurdusa, əl tuturdum. İndi əgər mənim borcum yoxdursa, necə iş qadınıyam?

Müğənni-bəstəkar Rəhim Rəhimli - Heç vaxt kiməsə mənəvi borclu qalmaram. Çalışıram ki, bu dünyada doyunca yaxşılıq edim. Pul borcum ola bilər. Amma pislik borcunu qaytarmaram.

Müğənni Elçin Hüseynov – Yaxşılıq edənin borcunu qaytarmalısan. Pisliyə isə yeri gələndə elə pisliklə cavab verməlisən. İndi hamı bir-birindən pul alıb-verir. Maddi borcun olması normaldır.

Müğənni Günay İbrahimli – Heç kimə pul barədə borclu qalmaram. Pislik edənlərin çoxuna borcum var. Bu il hamısını qaytaracam.

Müğənni-bəstəkar Ramal İsrafilov – Kiməsə yaxşılıqla borclu qalmaq, pisliyi pisliklə qaytarmaq istəmərəm. Mənim borcum ana-atama, sənətdə isə Mələkxanım Əyyubovaya, Elnarə Abdullayevayadır. Mənə o qədər pul borcu olan var...

Müğənni Nadir Qafarzadə - Yaxşılıq edənə ikiqat qaytarıram. Pislik borcunu qaytara bilmərəm, əlimdən gəlmir. Kimdənsə pul alıramsa, qaytarıram. Mənə 65 min manat borcu olan var ki, hələ də vermir.

Müğənni Günel Ələkbərova – Maşınımı satıb pul borclarımı qaytarmışam. Həyatda tək borcum anamadır. Pislik borcunu qaytarmaram. Pislik edənə gülürəm, bəs edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR