Rusiyalı reper Timati Los-Ancelesdə həbs olunub.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, reper şəhərin məşhur “Hollywood” sözü yazılmış təpələrində ölkəsinin bayrağını asmaq istəyib. Lakin Timatinin bu cəhdi onun həbsinə gətirib çıxarıb. O, qeyri-qanuni hərəkətlərinə görə tutulub. Bu barədə 31 yaşlı reperin İnstaqram səhifəsində də yazılıb.
Qeyd edək ki, reperin Rusiya bayrağını “Hollywood” sözü yazılmış təpəyə sancmaq üçün gedərkən çəkilmiş videosu da yayılıb.