Arzu Əliyeva ad günün belə keçirdi (FOTO)

Arzu Əliyeva ad günün belə keçirdi (FOTO)
12:56 24 Yanvar 2015
3048 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ötən günki ad günündən fotolar yayılıb. ANS PRESS-in məlumatına görə, fotolar Leyla Əliyevanın adına olan İnstagram səhifəsində paylaşılıb.

Şəkillərdə Arzu Əliyevanın bacısı Leyla, həyat yoldaşı Səməd Qurbanov və uşaqların əhatəsində olduğu görünür.

O, qucağında övladı Aydın, yanında isə həyat yoldaşı ilə ad günü tortunun üzərindəki şamı söndürməyə hazırlaşır. Digər fotoda isə Leyla Əliyeva əkiz oğlanları Əli və Mikayıl, eləcədə Nərgiz Paşayevanın qızı Aida Mahmudovanın övladı ilədir.

Xatırladaq ki, Arzu Əliyeva prezident İlham Əliyevin kiçik qızıdır. Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda anadan olub. Xaricdə ali təhsil alıb. Arzu Əliyeva 2008-ci ildə Azərbaycandan olan reklam video klipində çəkilib.

O, iş adamı Səməd Qurbanovla 2011-ci ildə sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün 1 Aydın adında oğul övladı var.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR