Xatirə: “Bunu özümə sığışdırmıram, utanıram”

Xatirə: “Bunu özümə sığışdırmıram, utanıram”
12:56 24 Yanvar 2015
235 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam konsert verməməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Şirin çay” verilişinin qonağı olan sənətçi bunun üçün pul xərcləmək istəmədiyini deyib:

“Üç-dörd toydan qazandığım pula bir solo konsert edə bilərəm. Amma bunu özümə sığışdırmıram, utanıram. Niyə mən öz cibimdən konsertə pul xərcləyim? Bunu prodüser, təşkilatçı etməlidir”.

X.İslam prodüserə ehtiyacı olmadığını da deyib:

“Bütün prodüserlər dostlarımdır. Amma heç biri ilə çalışmıram. Sürücüm və köməkçim var. Bir vaxtlar çox prodüserim olub. Ancaq indi ehtiyac görmürəm”.

Yaradıcılığından danışan sənətçi Gövhər Həsənzadənin “Biri var burda” mahnısını ekranlaşdıracağını deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR