Bakılı sürücünün Saatlıda maşın "şousu"

Bakılı sürücünün Saatlıda maşın "şousu"
12:57 24 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Saatlı rayonu ərazisində avtoquliqanlıq edən Bakı şəhər sakini Cavanşir İbrahimov saxlanılıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, o, sərxoş vəziyyətdə sürətlə idarə etdiyi “Mercedes” markalı avtomobili əvvəlcə yol kənarındakı beton səddə çırpıb, sonra orada dayanan “VAZ 21 06” markalı avtomobilə vurub. Cavanşir İbrahimov əraziyə gələn polis əməkdaşlarına da müqavimət göstərib.

Sarısu gölünün ətrafında qanunsuz ov edən Saatlı rayon sakinləri Ülkər QarayevZahid Novruzov da tutulublar. Onlar Saatlı Rayon Polis Şöbəsi ilə 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının birlikdə keçirdikləri reyd zamanı saxlanılıblar. Ülkər Qarayevin idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı ovlanan 23 ədəd çöl ördəyi və sənədi olmayan ov tüfəngləri aşkarlanıb.
Hər iki faktla bağlı Saatlı rayon Polis Şöbəsində istintaq aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR