“Qəbələ”nin əvəzedici heyəti Qananın “Liberti” kollektivinə məğlub olub

“Qəbələ”nin əvəzedici heyəti Qananın “Liberti” kollektivinə məğlub olub
12:58 24 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
“Qəbələ” futbol klubunun əvəzedici komandası Antalyada təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
AzərTAc xəbər verir ki, Qazaxıstanın “Tobol” və Almaniyanın “Freyberq” komandaları ilə görüşən baş məşqçi Luis Araqonun yetirmələri bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəliblər. Belə ki, “Qəbələ” Qananın “Liberti” klubunun əvəzedici heyəti ilə qarşılaşıb.
Komandamızın əvvəlki oyunlarında olduğu kimi, bu dəfə də qarşılaşmada iki qol vurulub. Belə ki, “Qəbələ” Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb – 0:2.
Antalyadakı ilk oyununda eyni hesabla “Tobol”a uduzan əvəzedicilər Qana kollektivinə də həmin nəticə ilə məğlub olublar. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelenin_evezedici_heyeti_Qananin_Liberti_kollektivine_meglub_olub-827230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR