Ötən il qanunsuz ov edənlərdən 110 ədəd ov silahı götürülüb

Ötən il qanunsuz ov edənlərdən 110 ədəd ov silahı götürülüb
12:58 24 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2014-cü il ərzində ölkə ərazisində mütəmadi reydlər keçirilib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanunsuz ov edən şəxslərdən 110 ədəd ov silahı və 548 ədəd patron götürülüb. Həmin şəxslər barəsində akt və protokol tərtib edilərək 99023 manat məbləğində cərimə tətbiq edilib və iddia qaldırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_qanunsuz_ov_edenlerden_110_eded_ov_silahi_goturulub-827226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR