Bakıda Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanmış meyit tapılıb

13:02 24 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 12:59 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanmış meyit aşkarlanıb. 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də saat 09 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının zirzəmisində yanğın baş verib. Nəticədə 1,5 kvm sahədə olan əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada daimi yaşayış yeri olmayan Arif Rəhimovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR