Ordumuz İrəvana necə girəcək?

Ordumuz İrəvana necə girəcək?
13:06 24 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Gümrüdəki qətl vasitəsi ilə Ermənistanda antirus əhval yayır ki, Azərbaycan bu ölkəni rahatlıqla işğal eləsin.

ANS PRESS-in məlumatına görə, bu fikri Ermənistanın rus düşməni olan tanınmış siyasətçisi, hazırda həbsdə olan siyasi məhbus Şant Harutunyan bildirib.

Erməni dissident Gümrü erməniləri Rusiya əleyhinə çıxışlardan çəkinməyə çağırıb və qeyd edib ki, Rusiya obyektlərinə hücum ermənilər üçün çox təhlükəlidir. Onun fikrincə, Rusiya özü Ermənistanda antirus əhval-ruhiyyəni gücləndirmək istəyir. Beləliklə, Şant Harutunyan hələ yaydan səsləndirməyə başladığı fikirləri təkrarlayıb.

“Rusiya kəşfiyyatı və KQB Ermənistanda çaxnaşma yaratmaq üçün diversiya təşkil edəcəklər ki, Azərbaycan rahatlıqla hücum edib, ölkəni tutsun”, - deyə Şant Harutunyan hələ yayda bildirmişdi. Onun sözlərinə görə, Rusiya Qarabağı qaytarmaq niyyətindədir: “Günahı ermənilərin boynuna atmaq istəyirlər, sonra deyəcəklər ki, hər şeyi özünüz başladınız, biz sizi satmadıq”, - deyə erməni dissident bildirmişdi.

Gümrüdəki rus hərbi bazasına hücumlar Avetisyan ailəsinin 7 üzvünün qətl edilməsindən sonra gündəmə gəlib. Ermənilər onun rus əsgər Valeri Permyakov tərəfindən öldürüldüyünü güman edirlər.

Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisə zamanı yalnız 6 yaşlı Seryoca sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoca Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR