İmişli sakini həmkəndlisini güllə ilə yaralayıb

13:07 24 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 13:01 ]


Bakı. Hafiz Heydərov – APA. İmişli rayon sakini həmkəndlisinə xəsarət yetirib. 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də İmişli rayonunun Hacırüstəmli kəndində Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə həmkəndlisi Qismət Səfərova əl nahiyəsindən xəsarət yetirib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “MR-155” markalı tüfəng götürülüb. Q.Səfərov xəstəxanaya yerləşdirilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR