Aktyordan ilk açıqlama:” “Məryəm mənim bacımdır"

Aktyordan ilk açıqlama:”  “Məryəm mənim bacımdır"
13:11 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Haqqında almaniyalı aktrisa Məryəm Üzərli ilə eşq yaşaması barədə xəbərlər yayılan aktyor Ozan Güvən ötən gün restoranların birindən çıxarkən görüntülənib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, yumor ustası Cem Yılmaz və sevgilisi Ayşə Xatun Önalla yemək yedikdən sonra gecəyə təkbaşına davam edən Ozan jurnalistlərin M.Üzərli ilə bağlı suallarını cavablandırıb. “And içirəm, Məryəm mənim bacım kimidir” deyən aktyorun sərxoş olması diqqətdən qaçmayıb.

Ətrafı qızla dolu olan O.Güvən media nümayəndələrinə “Sizə görə eşqbazlıq edə bilmirəm. Qadınlar indi məni tapdalayacaqlar, imkan vermirlər. Of, sıxıldım”, - deyə gileylənib.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR