Ötən ay “Azəriqaz” 4 minə yaxın mənzildə təbii qazdan istifadə qaydalarında pozuntu aşkar edib

16:17 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:12 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ilin noyabrında “Azəriqaz” İstehsalat Birliyi 14 676 mənzilə texniki baxış keçirib.

 

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən Binəqədi Qaz İstismar Sahəsi (QİS) üzrə 2 219, Xətai QİS üzrə 862, Yasamal QİS üzrə 3 368, Nərimanov QİS üzrə 839, Nizami QİS üzrə 2 795, Suraxanı QİS üzrə 532, Nəsimi QİS üzrə 1 690, Xəzər QİS üzrə 275, Qaradağ QİS üzrə 1 348 və Səbail QİS üzrə 748 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib, istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

 

Həyata keçirilən texniki baxış zamanı mətbəxin və ya vanna otağının həcminin normaya uyğun olmaması, vanna otağının qapısında dəliklərin olmaması, vanna otağının qapısının içəri açılması, qaz xətlərinin qapalı yerlərdən aparılması, mətbəx və ya vanna otağının yerinin dəyişdirilməsi, qeyri-standart və nasaz qaz cihazlarından istifadə olunması, qaz xətlərinin rezin şlanq vasitəsilə çəkilməsi, tüstü borularında, ventilyasiya kanallarında hava çəkiminin normal olmaması, istehlakçıların mənzillərində xəbərdarlıqdan sonra belə texniki baxış keçirməyə şərait yaratmaması kimi qanun pozuntuları aşkar olunub, 3 903 istehlakçının mənzilinin və ya ayrı-ayrı cihazların qaz təchizatı müvafiq qaydada dayandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR